Neft Fondu 15 ildə 124.8 milyard dollar vəsait əldə edib

Xərclənən vəsaitlərin 91 faizi – 78.4 milyard dolları dövlət büdcəsinə transfert olunub

Source:
Rövşən Ağayev

Xərclənən vəsaitlərin 91 faizi – 78.4 milyard dolları dövlət büdcəsinə transfert olunub

“Neft Fonduna gəlirlərin daxil olduğu 2000-2015-ci illərdə 124.8 milyard dollar (101.5 milyard manat) vəsait əldə edilib”.

Məlumatı öz Facebook səhifəsində iqtisadçı Rövşən Ağayev yayıb. İqtisadçı deyir ki, gəlirlərin 95.5 faizi 2008-2015-ci iilərdə formalaşıb:

“Ötən dövrdə Fondun bütün gəlirlərinin təxminən 70 faizi 86.5 milyard dolları (70.5 milyard manat) xərclənib. Yerdə qalan 30% ehtiyatlar kimi saxlanır. Xərclənən vəsaitlərin 91 faizi – 78.4 milyard dolları dövlət büdcəsinə transfert edilib. İkinici ən böyük xərc maddəsi qaçqın və məcburi köçkünlər üçün şəhərciklərin salınması olub – 2.3 milyard dollar. Ən az vəsait xaricdə təhsilə xərclənib – 190 milyon dollar. Qəbələ-Oğuz su kəmərinə 960 milyon dollar xərclənib. Samur-Abşeron su kanalı layihəsinə 1.5 milyard dollar sərf edilib.

“Star” neft emalı kompleksinin tikintisinə 735 milyon dollar  xərclənib. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə – 590 milyon dollar sərf edilib.

Cənub Qaz Kəməri layihəsinə 700 milyon dollar xərclənib”.

Ana səhifəXəbərlərNeft Fondu 15 ildə 124.8 milyard dollar vəsait əldə edib