Neft daşlarında qazma üzrə elektrik yoxa çıxıb

Neft daşları, Foto: By AVVA Agency – Gozalov/Shutterstock

İş yoldaşları onu sonuncu dəfə dünən səhər saatlarında gördüklərini deyiblər

Dövlət Neft Şirkətinin Kompleks Qazma İşləri Trestinin Neft Daşları İstehsalat Bölümündə 1779 saylı estakadayanı meydançanın qazma üzrə elektiriki iş yerindən yoxa çıxıb. Hadisə bu gün baş verib.

Bu barədə MeydanTV-yə Neftçilərin Hüquqlarını Müdafiə Təşklatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.

Hələlik bəzi səbəblərdən adı açıqlanmayan, 1972-ci il təvəllüdlü işçini sonuncu dəfə iş yoldaşları iş prosesini yerinə yetirərkən görüblər. Səhər saat 7-də briqada növbəni dəyşdikdə neftçinin yerində olmadığı məlum olub. İş yoldaşları ona məxsus qoruyucu kaskanı meydançada tapıblar. Bundan sonra axtarışa başlanılıb.

Mirvari Qəhrəmanlı deyib ki, saatlar keçsə də, neftçi haqqında məlumat əldə edilməyib. Xilasedicilər çağrılıb, suyun altında aparılan axtarışlar da hələ ki nəticə vermir. Onun dənizə düşdüyü ehtimal edilir.

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumatı “Qafqazinfo”ya təsdiqləyib:

“Dünən səhər saatlarında Neft Daşlarında bir əməkdaşımız itkin düşüb. Axırıncı dəfə 05:45 radələrində iş yerində görünüb. Daha sonra onu görən olmayıb. Meydançanın perimetri boyu və yataqxanada axtarış aparılıb, sahəyə axtarış işləri üçün dərhal bir neçə gəmi cəlb olunub”.

Ana səhifəSosialNeft daşlarında qazma üzrə elektrik yoxa çıxıb