İş zamanı Simran Məhərrəmovun halı pisləşdiyindən dənizə yıxılaraq boğulub
Dekabrın 14-də səhər “Neft Daşları”nın 4 saylı Tikinti- Quraşdırma İdarəsinin işçisi dənizə yıxılaraq ölüb.
ARDNŞ-nin mətbuat xidmətinin məlumatına görə, hadisə neft platformasında tikinti işlərinin aparılması zamanı baş verib. İş zamanı Simran Məhərrəmovun halı pisləşdiyindən dənizə yıxılaraq boğulub.
Tibbi ekspertizanın verdiyi rəyə görə, S.Məhərrəmov ürək çatışmazlığından ölüb.
Qeyd edək ki, bu, cari ildə dənizdə baş vermiş ilk bədbəxt hadisə deyil. Bir ay öncə Sənqəçal rayonunda platformanın uçması nəticəsində dörd neftçi həlak olub.