Neft bazarının yaxın perspektivləri

Cənablar, ayılın və doğrudan da, səmimi şəkildə nefti unudun, işləməyə başlayın, təbii ki, əgər nəyi, necə etməyi bacarırsınızsa…

Source:


Cənablar, ayılın və doğrudan da, səmimi şəkildə nefti unudun, işləməyə başlayın, təbii ki, əgər nəyi, necə etməyi bacarırsınızsa…

Son iki həftədə dünya neft bazarında maraqlı tendensiyalar müşahidə olunur. Neftin qiyməti 40 dollar civarındadır, bunun da əsas səbəbi bazarda olan fundamental dəyişikliklər deyil də, Rusiya ilə OPEC ölkələri arasında gedən danışıqlar, bazara “verbal” müdaxilələrdir.

Bir neçə gün  öncə Rusiya ilə Səudiyyə Ərəbstanı Doxa şəhərində hasilatı 2016-cı ilin yanvar ayının 12-si səviyyəsində saxlamağa, artırmamağa qərar verdilər, daha doğrusu, bununla bağlı ilkin razılaşma oldu. Sonra bir çox OPEC ölkələri bu qərarı dəstəklədilər, amma İran qərara qarşı çıxdı. İranın gətirdiyi arqumentlər kifayət qədər tutarlıdır. Amma ilkin olaraq yanvar ayının 12-si məsələsinə aydınlıq gətirmək lazımdır. Həmin gün həm Rusiyada, həm də Səudiyyədə hasilat pik nöqtədə olub, hər iki ölkə 10,3 milyon barel neft hasil edib ki, bu da rekord səviyyələrdir. Yəni, hətta bu qərar qəbul edilsə belə, hasilar hər iki ölkədə çox yüksək səviyyədə qalacaq. İrana gəldikdə isə, bu dövlətin üzərindən sanksiyalar yenicə götürülüb, İran da haqlı olaraq hasilatını sanksiyalardan öncəki həddə – günlük 4-4,5 mln barel həddinə çatdırmaq istəyir, həm də 2011-ci ildə sanksiyalara görə itirdiyi bazar payını geri qaytarmağı düşünür. Ona görə də, İranın indiki şərtlərlə bu sazişə qoşulması mümkünsüz görünür.

Yuxarıda da qeyd etdiyim kimi, neft bazarında fundamental heç bir dəyişiklik baş verməyib, hasilat hələ də yüksək, istehlak isə aşağıdır. OPEC ölkələri hasilatda cəmi 30% paya malikdirlər, 70%-ə yaxın neft hasilatı OPEC-dən kənar ölkələrdədir. Bu gün dünyada gündəlik neft hasilatı 95-96 mln. barel, günlük istehlak isə 93-94 mln. bareldir. Çin kimi dünyada ən çox neft istehlak edən 2-ci ölkədə yaşanan iqtisadi daralma, neftin istehlakına mənfi təsir göstərir.

Qiymətlə təzyiq edən ən böyük amillərdən biri dünya ölkələrində neft ehtiyatlarının sürətlə artmasıdır. Dünyada neft istehsalına görə 3-cü, istehlakına görə isə 1-ci ölkə olan ABŞ-da strateji neft ehtiyatları artıq psixoloji həddi keçib – bu günə ehtiyatlar 521,867 mln. barel təşkil edir ki, bu da son 80 ildə ən böyük yüksək göstəricidir. Ümumiyyətlə, dünyanın bütün ölkələrində neft ehtiyatlarının sürətlə dolması, artması müşahidə olunur. Cədvəllərə nəzər salaq:

Göründüyü kimi, ehtiyatların artımı dünyaın bütün bökgələrində müşahidə olunur ki, bu da qiymətlərə ciddi təzyiq göstərir, qiymətlərin yüksəlməs ehtimalını xeyli azaldır. Yeri gəkmişkən, ABŞ Enerji Agentliyi (EIA) 2016 il üçün ortalama neft qiymətləri gözləntisini açıqladı: Brent – 34,28 dollar, WTI – 34,04 dollar. 2017-ci il üçün isə Brent markalı neftin ortala qiymətinin 40,09 dollar olacağını açıqladı.

Digər amil isə xam neftin emalı göstəriciləridir, bu sahədə də maraqlı tendensilalar müşahidə olunur, emalın azalması görünür ki, bu da dünyada ümumən istehlakın azalma trendində olduğunu göstərir:


Qiymətlə təsir edən başqa amillərdə var və bu gün bütün bu amillər yaxın aylarda neft qiymətlərinin yüksəlməsinin mümkünsüz olduğuna işarə edir. Təbii ki, sözlü müdaxilələrlə, bəzi addımlarla qiyməti 40-45 dollar civarında bir müddət saxlamaq mümkündür, amma sonra yenidən fundamental amillər dövriyyəyə girəcək, qiyməti aşağı çəkməyə başlayacaq.

Azərbaycanda hökumət nümayəndələri isə hələ də neftin qiymətinin yüksəlməsinə ümid edərək heç bir islahat aparmırlar, bu isə ölkəmizin durumunu hər gün daha da çətinləşdirir, iqtisadi aktivliyi azaldır, iş yerləri qapanır, vətəndaşların gəliri azalır – bütün bunlar isə milli valyutamızın getdikcə daha da zəifləməsi fonunda baş verir. Cənablar, ayılın və doğrudan da, səmimi şəkildə nefti unudun, işləməyə başlayın, təbii ki, əgər nəyi, necə etməyi bacarırsınızsa…

Ana səhifəXəbərlərNeft bazarının yaxın perspektivləri