Neft 30 dollara qədər düşə bilər

Analitiklər bildirirlər ki, OPEC-in noyabrdakı hasilat rəqəmi qlobal təklif çoxluğunun artmaqda olduğunu göstərir

Source:

Analitiklər bildirirlər ki, OPEC-in noyabrdakı hasilat rəqəmi qlobal təklif çoxluğunun artmaqda olduğunu göstərir

Mart ayından indiyədək neft bu həftə olduğu qədər ucuzlaşmayıb. Marja.az iddia edir ki, buna səbəb OPEC-in ayda 30 milyon barel olan hasilat kvotasını dəyişməməsinin bazarda hədsiz neft bolluğu vəziyyətinin davam edəcəyinə səbəb olacağı fərziyyəsidir.

Neft Nyu-Yorkda birjada 0.9 faiz düşüb və bu həftə isə 8.8 faiz ucuzlaşıb. Qiymətlər, OPEC-in 4 dekabrdakı iclasında hasilatı azaltmamaq qərarı verdikdən bu yana, altı gündür düşür və bu təxminən doqquz ayın ən uzun ucuzlaşma dövrünə işarə edir. OPEC, cümə günü hazırladığı hesabatında İraqdakı artımın təsiri ilə, istehsalın noyabrda üç ilin ən yüksək səviyyəsinə (ayda 31,7 milyon barel) çıxdığını qeyd edib.

Neft qiymətləri, OPEC-in yüksək xərcli neft istehsalçılarına qarşı bazar payını qoruma strategiyasını aparması ilə düşür. OPEC hesab edir ki, ABŞ-ın nefti yüksək xərclər ilə hasil edən istehsalçıları aşağı qiymətlər qarşısında tab gətirə bilməyərək fəaliyyətlərini dayandıracaqlar.

Analitiklər bildirirlər ki, OPEC-in noyabrdakı hasilat rəqəmi (31,7 milyon barel), qlobal təklif çoxluğunun artmaqda olduğunu göstərir və buna qarşı tələbdə də artım yoxdur. Neft 30 dollara kimi düşə bilər.

Bakı vaxtı ilə 10:00-da beynəlxalq birjalarda Brent nefti 39,40 dollardan, ABŞ xam nefti isə 36,50 dollardan alıcı tapıb.

Ana səhifəXəbərlərNeft 30 dollara qədər düşə bilər