Ned Prays: “Biz Qafqazda sabitliyin olmasında marağımızı açıq şəkildə ifadə etmişik”

Ned Prays. Foto: Amerikanın səsi

“ABŞ istər İran, istərsə də Rusiya tərəfindən sanksiyaya düşəcək hərəkətlər görəcəyi təqdirdə müvafiq addımlar atacaq”

“ABŞ Qafqaz regionunu sabit görmək istəyir”.

Bu açıqlamanı Dövlət Departamentinin nümayəndəsi Ned Prays oktyabrın 24-də İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərlə bağlı “Turan”-ın müxbirinin sualını cavablandırarkən səsləndirib.

Ned Prays deyib ki, onun bu məsələ ilə bağlı konkret şərhi yoxdur:

“Əlbəttə, biz iki ölkə arasında gərginliyi azaltmaq üçün həm Ermənistan, həm də Azərbaycanla işlədiyimiz Qafqaz regionunda sabitlikdə maraqlı olduğumuzu açıq şəkildə ifadə etmişik”.

Tehranın bütün regionda getdikcə sabitliyi pozan rolu, xüsusən də Belarusa dronlar və təlimatçılar göndərməsilə bağlı suala Praysın cavabı belə olub:

“ABŞ istər İran, istərsə də Rusiya tərəfindən sanksiyaya düşəcək hərəkətlər görəcəyi təqdirdə müvafiq addımlar atacaq”.

“Biz İranın Rusiya tərəfindən işğal olunmuş Ukraynada, əsasən də Krımda olması ilə bağlı ciddi narahatlığımızı ifadə etmişik və bu xəbərləri çox diqqətlə izləyirik”, – deyə o əlavə edib.

Ötən həftə İran İslam İnqilabı Keşikçiləri Korpusu Azərbaycanla sərhəddə irimiqyaslı hərbi təlimlər keçirib.

Ana səhifəSiyasətNed Prays: “Biz Qafqazda sabitliyin olmasında marağımızı açıq şəkildə ifadə etmişik”