Nəcəf Naibov: ”Hava limanında heç bir insdent olmayıb”

”Səhər saat 9 radələrindən yazıçı bölmədədır və hələ də buraxılmayıb”

Source:
Əkrəm Əylisli
Əkrəm Əylisli
Əkrəm Əylisli
Əkrəm Əylisli


”Səhər saat 9 radələrindən yazıçı bölmədədır və hələ də buraxılmayıb”

“Aeroportda Əkrəm Əylisli ilə Sərhəd Xidməti əməkdaşları arasında münaqişə yaşanması haqda yayılan xəbərlərin heç bir əsası yoxdur”.

Bunu Azadlıq Radiosuna Əkrəm Əylislinin oğlu Nəcəf Naibov söyləyib.

O, bu barədə deyilənləri uydurma adlandırıb: “Əksinə atamın buraxılmayacağı məlum olandan sonra, xidmətin əməkdaşları ilə söhbəti olub. Daha sonra polislər, atamı indi saxlandığı polis bölməsinə gətiriblər ”.

N.Naibov qeyd edib ki, səhər saat 9 radələrindən yazıçı bölmədədır və hələ də buraxılmayıb.

Yazıçı Əkrəm Əylisli martın 30-da beynəlxalq kitab festivalında iştirak etmək üçün saat 5:11-də Venesiyaya uçmalı idi. Amma oğlunun deməsinə görə, sərhəd xidməti yazıçıya xaricə çıxışına qadağa qoyulduğunu bildirib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi isə Azadlıq Radiosuna demişdi ki, yazıçı ilə sərhəd xidməti əməkdaşları arasında aeroportda münaqişə yaşanıb. Bu baxımdan hazırda araşdırma gedir

Ana səhifəXəbərlərNəcəf Naibov: ”Hava limanında heç bir insdent olmayıb”