Necə ki, Qarabağa həsrətik, buradan da dənizə…

Pirşağı çimərliyi burada yaşayanlar üçün arzuya çevrilib. Muğan İstirahət Mərkəzində məskunlaşan məcburi köçkünlər dənizin bir addımlığında yaşasalar da, ona həsrətdirlər. 10 ildən çoxdur ki, dənizlərinə hasar çəkilib. Sakinlər çimərlikdən istifadə etmək üçün 2 km-ə yaxın yolu piyada getməlidirlər.

Məcburi köçkünlər dənizin hasarlanmasına etiraz edəndə, qarşılarında hüquq mühafizə orqanlarını görüblər.

Sakinlər deyir ki, sahil hasarlansa da illərdir heç bir tikinti aparılmır. Onlar bu ərazilərin kimə məxsus olduğun bilməsələr də, buraya FHN-nin maşınlarının tikinti materialları daşıdığını vurğulayırlar.

Pirşağı qəsəbəsinin balaca sakinləri isə sərhəd tanımır. Onlar hasarı aşıb, dənizə

çatırlar.

Ana səhifəVideoNecə ki, Qarabağa həsrətik, buradan da dənizə…