Nəbatət bağındakı özbaşınalığa görə cinayət işi açıldı

Dövlətə 360 manat ziyan dəyib, bağın direktor müavini isə köçürmə zamanı bəzi ağacların məhv olduğunu etiraf edir

Source:


Dövlətə 360 manat ziyan dəyib, bağın direktor müavini isə köçürmə zamanı bəzi ağacların məhv olduğunu etiraf edir

Səbail Rayon Polis İdarəsi Nəbatət bağında ağacların qanunsuz kəsilməsi ilə bağlı Cinayət Məcəlləsinin 259.1 (qanunsuz ağac kəsmə, meşələrdə və ya qoruqlarda ağacların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurma) maddəsi ilə cinayət işi açıb.

Cinayət işi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı Şəhəri Ekologiya və Təbii Sərvətlər Departamentinin müraciəti əsasında açılıb. Bu barədə APA-nin yaydığı məlumatda bildirilir ki, aprelin 5-də Abasqulu Abbaszadə 19/25 ünvanında yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatət bağında 0.30 hektar ərazidə köküstü yaş halda 40 ədəd 4-7 illik həmişəyaşıl Eldar şamı və Sərv növündə ağacların nayət işi cların qanunsuz kəsilməsi, habelə kökündən çıxarılaraq məhv edilməsi faktı aşkar edilib. Bu özbaşınalıq nəticəsində dövlətə 360 manat ziyan dəyib.

Nəbatət bağının direktor müavini Vahid Fərzəliyev cinayət işinin açılmasının bir çox məsələlərə aydınlıq gətirilməsini mümkün sayır. Çünki bağ xüsusi mühafizə olunan ərazidədir. Amma ordan qanunsuz xeyli kommunikasiya xətləri çəkilib:

“Biz də aydınlaşdırmaq istəyirik ki, niyə komminikasiya xətləri bağ ərazisindən çəkilib və nə üçün xəritəsi yoxdur. Bu məsələ bağın özü üçün ciddi təhlükədir, yanğın olsa, bağdakı fəhlələrin həyatına təhlükə yaranar. Dəfələrlə bağda yanğın hadisələri olub. Biz də bundan qaçmaq üçün təhlükəli ərazidən ağacları köçürmüşük. Bəli, köçürmə zamanı bəzi ağacların məhv olduğunu etiraf edirik, lakin onların içərisində əhəmiyyətli bitki yoxdur”.

Sonda Vahid Fərzəliyev dedi ki, bu məsələni şişirtməyə dəyməz, çünki bağa ciddi təhlükə yoxdur.

Ana səhifəXəbərlərNəbatət bağındakı özbaşınalığa görə cinayət işi açıldı