Noyabrın 25-dən, 10 dekabra kimi Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günüdür. 16 günlük fəallıqla bağlı qadınlar arasında sorğu etdik.
– Şiddət olaraq yox, amma söz atmaqla demək olar ki, hər gün qarşılaşırıq.
– Internet vasitəsilə mesajlaşırlar, şəkillər göndərirlər. Sonra həmin şəkillər vasitəsilə şantaj olunurlar. Psixi, fiziki zorakılıq var. Qadınlarımız demək olar ki, hər gün zorakılıqla qarşılaşırlar. Sadəcə olaraq elə var deyir, eləsi var gizlədir.
– Heç vaxt olmayıb, Allah heç bir qadına qismət eləməsin.
– Qadının özündən asılıdı hər şey, qadın özü düz olanda hər şey yaxşı olur.
– Söz atırlar, əl-qol hərəkəti edən də olur.