“Nə tarixdən ibrət götürdük, nə də yaxşı təcrübələri öyrənməyə həvəs göstərdik”

“Niyə illik təhsil haqqı 20 min dolları ötən Oxford tipli, amma dövlətin maliyyələşdirdiyi ən azı 50 ingilisdilli orta məktəb yaradılmadı Azərbaycanda?”

Source:





Niy


ə


illik t


ə


hsil haqq


ı


20 min dollar


ı



ö


t


ə


n Oxford tipli, amma d


ö


vl


ə


tin maliyy


ə


l


əş


dirdiyi


ə


n az


ı


50 ingilisdilli orta m


ə


kt


ə


b yarad


ı


lmad


ı


Az


ə


rbaycanda?



Tanınmış iqtisadçı

Rövşən Ağayev

Facebook səhifəsində son 30-40 il ərzində neft qiymətlərini təhlil edərək dünya ölkələrindəki səmərəli xərcləmələri göstərərək suallarla çıxış edib. Məqalənin maraqlı olduğunu nəzərə alaraq Meydan TV-nin oxucularına təqdim edirik.


Azərbaycanın bir də son 10 ildəki qədər neft pulları qazanıb-qazanmayacağı məlum deyil. Çünki resurs ölkələrinin ötən əsrin 70-80-ci illərdəki talelərini yaşamayacağına heç bir təminat yoxdu. Həmin vaxt 11 illik yüksək qiymət dövrünü 15 illik qiymət enişi mərhələsi əvəz eləmişdi. 1973-cü ildə cəmi 2.5 dollar olan neft artıq 1974-də 11 dollar yüksəldi. 1974-1985-ci illərdə xam neftin orta illik qiyməti 11-35 dollar intervalında rəqs elədi. Qiymət 1986-da qəfil 13 dollara düşdü və bir də 2000-ci illərin başlanğıcınadək 28 dollardan yuxarı qalxmadı. 2001-2002-dəki 24 dollarlıq qiymət 2003-cü ildə 28 dollar, 2004-də 37, 2005-də 53 dollar oldu. Sonrakı illəri də bilirsiniz, 140 dollaradək qalxdı.

Bəxtimizdən 2004-cü ildən sonra qiymətin kəskin artımı ilə yanaşı hasilatın pay bölgüsü sazişləri çərçivəsində neft hasilatımız da kəskin artmağa başladı. 2004-də HPBS çərçivəsində hasilat cəmi 6.6 milyon ton idisə, 2005-də 13.3 milyon ton, 2005-də 23.5 milyon ton oldu. Bunun da sonrasını bilirsiniz, sonrakı illərdə hasilatın hətta 42 milyon tona çatan dövrü də oldu. Son 3 ildə artıq qaz hasilatı da artmağa başlayıb.

2002-2014-cü illərdə təkcə Neft Fondu vasitəsilə hökumətin büdcəsinə 96 milyard manat, dövlət büdcəsi vasitəsilə 15 milyard manata yaxın (SOCAR-ın ödənişlərini saymıram, bura yalnız xarici şirkətlərin ödəmələri daxildir) daxil oldu ki, bu da dollar ifadəsində təxminən 150 milyard dollar edir.

Bu tarixi və yorucu görünən çoxlu rəqəmlər niyə xatırladıram? Axı bu qədər pul xərcləndi, niyə bu ölkədə informasiya texnologiyalarına əsaslanan, 15-17 yaşlı uşaqların elə orta təhsil mərhələsində yüksək texnoloji biliklər qazanmasına təminat verən ən azı 10-15 pulsuz lisey açılmadı? Niyə illik təhsil haqqı 20 min dolları ötən Oxford tipli, amma dövlətin maliyyələşdirdiyi ən azı 50 ingilisdilli orta məktəb yaradılmadı Azərbaycanda?

Avstraliya 2006-cı ildə gələcək nəsillər fondu yaradanda, resurs gəlirləri əsasında əlavə 2 fond da yaratdı – Təhsilin İnkişafı və Səhiyyənin İnkişafı Fondları. Həmin vaxt suveren fond haqqında qəbul olunan qanuna görə, hökumət 2020-ci ilədək Gələcək Nəsillər Fondunu xərcləyə bilməz. Amma Təhsil və Səhiyyənin İnkişaf fondlarını məhz təyinatlarına uyğun xərcləməlidi.

Hər şey bir tərəfə, heç olmazsa, nə 80-ci illərin tarixindən ibrət götürdük, nə də yaxşı təcrübələri belə öyrənməyə həvəs göstərdik.

Ana səhifəXəbərlər“Nə tarixdən ibrət götürdük, nə də yaxşı təcrübələri öyrənməyə həvəs göstərdik”