“N!DA” İlkin Rüstəmzadə ilə bağlı bəyanat yaydı

“Kameradan kəsici alət kimi götürülən “bıçaq” əslində qaşıq olub”

Source:


“Kameradan kəsici alət kimi götürülən “bıçaq” əslində qaşıq olub”

 “N!DA” Vətəndaş Hərəkatı İlkin Rüstəmzadənin karserə salınması ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, gənc fəalın İşçi Qrupla bağlı yazısı Meydan TV-də dərc olunduğu gün kamerasında yoxlama keçirilib: “Kamerasından başqa yazılar da tapılıb və türmə rəisi buna çox əsəbləşib. Bundan sonra İlkin Rüstəmzadəyə 1 həftəlik kars cəzası verilib. Bu azmış kimi “şumon” vaxtı kameradan çörək doğramaq üçün istifadə edilən “bıçağı” (əslində götürülən alət qaşıq olub) qeyri-qanuni saxlanan kəsici alət kimi götürüb və aktlaşdıraraq, təhqiqata göndəriblər. İlkin Rüstəmzadənin həbsdə də təzyiqlərə məruz qalması, karserə salınması, təhqiqat başlanması onun fikirləri, yazıları və hakimiyyətdəki şəxsləri sərt tənqid etməsi ilə bağlıdır.

“N!DA” Vətəndaş Hərəkatı olaraq hakimiyyətdən qanunsuz yerə həbs olunan siyasi məhbusların dərhəl azadlığa buraxılmalarını və fikir azadlığına qarşı göstərdiyi düşmən münasibətindən əl çəkməsini tələb edirik!”

Ana səhifəXəbərlər“N!DA” İlkin Rüstəmzadə ilə bağlı bəyanat yaydı