N!DA bəyanat yaydı

Bəyanatda Nidanın mübarizəsini davam etdirəcəyi deyilir

Source:


NİDA Vətəndaş Hərəkatının bəyanatla çıxış edib

Həbsdəki üzvlərimizin məlum müraciəti hansı şəraitdə yazmaları barədə məlumatımız yoxdur. Ona görə də müraciətin mətni ilə bağlı ətraflı fikir yürüdə bilmirik. Bildiyiniz kimi, nidaçı gənclər 19 aydır günahsız yerə həbsdədirlər. Bu müddət ərzində müxtəlif yollarla “müraciət” yazmalarına nail olmaq üçün dəfələrlə cəhd edilib.

Hakimiyyət uzun müddətdir gəncləri, jurnalistləri, siyasi fəalları, hüquq müdafiəçilərini, bloggerləri ictimai-siyasi fəaliyyətlərinə görə həbs edir. Sonra da özlərinin cinayət əməllərinə, günahsız insanların həbs olunmasına haqq qazandırmaq, daxili və xarici təzyiqlərdən diqqəti yayındırmaq məqsədilə avtoritar rejimlərə xas formada həbsdəkilərə “kağız parçasına” öz eşitmək istədiklərini yazdıraraq vəziyyətdən çıxmağa çalışırlar. Hakimiyyət bilməlidir ki, bu əməllərlə azadlıq və demokratiya uğrunda mübarizə aparan insanları yolundan çəkindirə, onların mübarizə əzmini sındıra bilməyəcək.

Biz şərlənərək həbs olunmuş dostlarımızın tezliklə azadlığa çıxmasını gözləyirik. İnanırıq ki, birlikdə mübarizəmizi davam etdirəcəyik və demokratik dəyişikliklərə nail olacağıq.

Ana səhifəXəbərlərN!DA bəyanat yaydı