Indiki mərhələdə “NBCBank” sərbəst fəaliyyət göstərmək istəyir
Azərbaycan Mərkəzi Bankının 01.02.2016-cı il tarixli 10/3 saylı qərarı ilə 25.01.2016-cı il tarixli 06/3 saylı qərarı (“NBC Bank” ASC-nin lisenziyasının geri çağrılması) qüvvədən düşmüş hesab olunur və “NBC Bank” ASC-nin lisenziyası bərpa olunur.
03.02.2016-cı il tarixindən “NBC Bank” ASC bütün bank əməliyyatları üzrə xidmət göstərəcək.
Bu barədə Trend-ə bankdan deyiblər.
Bankdan konsolidasiya məsələsini şərh edərkən qeyd ediblər ki, indiki mərhələdə “NBCBank” sərbəst fəaliyyət göstərmək istəyir. Bununla belə, bankdan belə imkanı istisna etməyiblər.
Mərkəzi Bank yanvarın 26-da “NBCBank”ın lisenziyasını geri çağırmışdı.