Nazirliyin keçmiş yüksək vəzifəli əməkdaşlarının həbs müddəti artırılıb

Həmin şəxslər keçən il noyabr ayında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində saxlanılıb

Source:
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi


Həmin şəxslər keçən il noyabr ayında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində saxlanılıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş əməkdaşları – Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Aztelekom” MMC-nin sabiq baş mühasibi Oktay Rüstəmov, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov, həmin MMC-nin baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, Bayram Vəliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

“Report”un əldə etdiyi məlumata görə, prokurorluğun müvafiq vəsatətlərinə Binəqədi Rayon Məhkəməsində baxılıb və onlar barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay artırılıb.

Həmin şəxslər keçən il noyabr ayında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində saxlanılıb. Daha sonra məhkəmə onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.

B.Hüseynov, E.Məmmədov, B.Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi O.Rüstəmov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), “AzİnTelekom” MMC-nin baş direktoru C.Cəfərov, “Azərpoçt” MMC-nin baş direktoru Q.Bəybalayev və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru N.Məmmədov həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi S.Hümbətov isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham olunurlar.

Daha əvvəl Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov və “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev barələrində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay artırılıb.

Ana səhifəXəbərlərNazirliyin keçmiş yüksək vəzifəli əməkdaşlarının həbs müddəti artırılıb