Nazirliyin həbsdə olan sabiq əməkdaşları azadlığa buraxılıb

Fətullah Seyidov və Rəşad Məmmədov Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilirlər

Source:
foto APA
foto APA


Fətullah Seyidov və Rəşad Məmmədov Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilirlər

Oktyabrn 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin Nizami telefon qovşağının rəisi olmuş Fətullah Seyidov və keçmiş baş mühasibi Rəşad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub və onlar şərti olaraq azadlıqdan məhrum edilib. Hər iki şəxs azadlığa buraxılıb.

Təqsirləndirilən şəxslər ləğv edilmiş MTN-nin rəhbəri Eldar Mahmudov vəzifədən kənarlaşdırıldıqdan sonra həbs olunublar.

Fətullah Seyidov və Rəşad Məmmədov Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilirlər.

Ana səhifəXəbərlərNazirliyin həbsdə olan sabiq əməkdaşları azadlığa buraxılıb