2019-cu ilin dövlət büdcəsində bir neçə nazirliyə ayrılacaq vəsaitin artırılması nəzərdə tutulub
Büdcə zərfində qeyd edilir ki, gələn il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) dövlət büdcəsindən 5 milyon 046 min 009 manatın ayrılması planlaşdırılır. Bu məbləğ 2018-ci ildəki vəsaitdən 653 min 186 manat çoxdur.
Azərbaycan Mədəniyyət Nazirliyinə 5 milyon 909 min 629 manatın ayrılması nəzərdə tutulub ki, bu da 2018-ci ildəki vəsaitdən 881 min 376 manat çoxdur.
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Kino Xidməti İdarəsinə 2019-cu ilin büdcəsindən 141 min 252 manatın ayrılması planlaşdırılır. Bu məbləğ isə ötən ilki vəsaitdən 13 min 760 manat çoxdur.
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (Ombudsman) 2019-cu ilin büdcəsindən ayrılacaq vəsait 2018-ci ildəki vəsaitdən 396 min 223 manat çoxdur – 2 milyon 267 min 848 manat.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) ayrılacaq vəsait 9 milyon 298 min 685 manatdır. Bu məbləğ 2018-ci ildəki vəsaitdən 1 milyon 648 min 133 manat çoxdur.
2019-cu ilin büdcə zərfi ilə bağlı layihədə dövlət büdcəsinin gəlirləri 22,9 milyard manat, xərcləri isə 24,7 milyard manat səviyyəsində proqnozlaşdırlır.
Bu, 2018-ci ilin büdcəsinə nisbətən gələn ilin büdcəsinin təxminən 3 milyard manat artıqdır.