Nazirlik rəsmisi Azərbaycanda xarici diplomların tanınmasından danışıb

Xaricdə distant təhsil alanların diplomları niyə tanınmır?

Source:



Xaricdə distant təhsil alanların diplomları niyə tanınmır?

Azərbaycan Təhsil Nazirliyi tərəfindən tanınmayan diplomlar arasında daha çox MDB ölkələrinin – Rusiya, Ukrayna və Gürcüstanın təhsil müəssisələrinin diplomları çoxluq təşkil edir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəis səlahiyyətlərini icra edən Samir Vəliyev jurnalistlərə deyib.

Onun sözlərinə görə, 2007-ci ildən bu günə qədər TN-yə 25 mindən çox xarici ölkə diplomlarının tanınması ilə bağlı müraciətlər daxil olub:

“Onların 70-75 faizi təsdiqlənib. Yerdə qalan diplomlar bu və ya digər səbəbdən tanınmayıb. Nostrifikasiya ilə əlaqədar müvafiq dövlət orqanlarından şəxsin gediş-gəlişini təsdiqləyən məlumatlar alırıq. Normativ müddət uyğun gəlmirsə, biz diplomların tanınmasından imtina edirik. Ancaq diplomların tanınması onun saxta olması demək deyil. Xaricdə təhsil almağa üz tutan şəxs ilk növbədə düşünməlidir ki, daha yaxşı təhsil arxasınca gedir. Çünki buna həm vəsaiti, həm də zamanı sərf olunur. Onun əldə etdiyi diplom nostrifikasiya prosedurlarına uyğun əldə olunmalıdır ki, həmin diplom ölkə tərəfindən tanınsın”.

Nazirlik rəsmisi həmçinin xaricdə distant ali təhsil alan azərbaycanlı tələbələrin diplomlarının tanınmamasının səbəbini açıqlayıb.

Samir Vəliyev jurnalistlərə deyib ki, hazırda Azərbaycanda distant təhsil formasının mexanizmi mövcud deyil.

Onun sözlərinə görə, Azərbaycanda distant təhsil mexanizmi işlənib hazırlanmadığından onu təhsilin bir forması kimi qəbul etmirlər.

S.Vəliyev qeyd edib ki, gələcəkdə Azərbaycanda distant təhsil mexanizmi müəyyən olunduqdan sorna həmin təhsil forması üzrə xarici ölkə universitetlərində təhsil alan tələbələrin diplomları tanınacaq.

Nazirlik rəsmisi Azərbaycanın diplomlarının hər bir xarici ölkənin prosedur qaydalarına uyğun olaraq tanındığını söyləyib.

Ana səhifəXəbərlərNazirlik rəsmisi Azərbaycanda xarici diplomların tanınmasından danışıb