Vaqif Dərgahlı: "Hərbi Prokurorluq hadisəni araşdırır"
Azərbaycan Ordusunun müddətdən artıq hərbi xidmətdə olan əsgəri Elvin Sarızadə aprelin 5-də məzuniyyətdə olarkən yanaraq ölüb.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirliyin sözçüsü Vaqif Dərgahlı Meydan TV-yə bildirib ki, Hərbi Prokurorluq hadisəni araşdırır.
Tərtərdə doğulan 23 yaşlı Elvin Sarızadənin nişanlı olduğu deyilir.