Zorakılıqla üzləşənlər Çağrı mərkəzinə üz tuta bilərlər
Məişət zorakılığından zərər çəkmiş 45 şəxs hazırda Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsindədir. Bu müəssisə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinə məxsusdur.
Nazirliyin yaydığı məlumatda deyilir ki, bir il əvvəl yaradılan Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsi belə şəxslər üçün etimad ünvanıdır.
“Burada reabilitasiya olunan şəxslər müasir standartlara uyğun şəraitdə sosial xidmətlərlə, sosial-hüquqi və psixoloji dəstəklə əhatə olunurlar”, – məlumatda bildirilir
Məişət zorakılığı ilə üzləşən şəxslər Agentliyin 116 – 123 “Qayğı” Çağrı mərkəzinə zəng edərək müraciət edə bilərlər.