Nazirlik hərbi qulluqçunu elektrik cərəyanı vurduğunu deyir

Foto: Müdafiə Nazirliyi

Hadisə Qubadlı rayonunda baş verib

Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Müşfiq Nəsirovun vəfat edib.

“Turan” Müdafiə Nazirliyinə istinadən yazır ki, ehtiyatsızlıqdan əsgəri elektrik cərəyanı vurub. Hadisə Qubadlıda baş verib. Nazirlik araşdırma aparıldığını bildirib.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti dəfə döyüşlər başlayıb.

44 günlük bu müharibə (İkinci Qarabağ müharibəsi) və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona (Şuşa, Hadrut, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan və Xocavəndin bir hissəsi) nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib, Kəlbəcər, Ağdam və Laçın rayonları boşaldılıb.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Ana səhifəSosialNazirlik hərbi qulluqçunu elektrik cərəyanı vurduğunu deyir