Nazirlik hərbçinin ildırım vurması nəticəsində öldüyünü deyir

Davud Məmmədli. Foto: Telegram.

“Hadisə hərbçi qulluqçu xidmətdə olarkən baş verib”

Azərbaycan ordusunun hərbi qulluqçusu Davud Məmmədlinin ildırım vurması nəticəsində vəfat etdiyi deyilir.

Bildirilir ki, hadisə hərbi qulluqçu xidməti vəzifəsini yerinə yetirərkən baş verib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Eyvazov məlumatı Meydan TV-yə təsdiqləyib.

“Azərbaycan ordusunun hərbi qulluqçusu Davud Məmmədlinin xidmətdə olarkən baş vermiş bədbəxt hadisə nəticəsində (ildırım vurması) vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik”, – deyə o bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, faktla bağlı araşdırma aparılır.

Ana səhifəSosialNazirlik hərbçinin ildırım vurması nəticəsində öldüyünü deyir