Ancaq nazirlik vergiödəyicilərin borclarının həcmini açıqlamır
Vergilər Nazirliyi borca görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi və fiziki şəxslərin adlarını açıqlayıb.
Nazirliyin yaydığı xəbərə görə, oktyabrın 24-nə kimi vergi borcuna görə 1000 nəfərdən çox şəxsin ölkədən çıxışına yasaq qoyulub.Onlardan 634-ü şirkət, firma və ya müəssisə rəhbəridir.
Ancaq nazirlik vergiödəyicilərin borclarının həcmini açıqlamır.