Komissiya qərar qəbul edib
Daha 110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmə olunacaq. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində fəaliyyət göstərən komissiya qərar qəbul edib.
Nazirliyin yaydığı məlumatda belə deyilir. Komissiyanın noyabrın 2-də keçirilmiş iclasında isə 114 şəhid hərbi qulluqçunun 146 vərəsəsinə ödəmələrin verilməsi ilə bağlı qərar qəbul olunub.
Prezident İlham Əliyev 19 aprel 2018-ci ildə şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı Fərman imzalayıb.
Lakin şəhidlik statusu alan şəxslərin yaxınları fərmanın icra olunmadığını, hərbi qulluqçı ailələrinə müavinətin ödənilmədiyini deyirlər. Onlar müvafiq qurumların önündə aksiya keçirməklə etirazlarını
bildirirlər.
Məsələ Milli Məclisin güplenar iclasında da müzakirəyə çıxarılıb. Hətta deputatlar işdən çıxarılmış məmurların əmlaklarının satılıb şəhid ailələrinə verilməsini təklif
ediblər
.