Nazirlər Kabinetinin yeni tərkibi təsdiqləndi

Hacıbala Abutalıbov Baş nazirin müavini olub

Source:
İlham Əliyev
İlham Əliyev


Hacıbala Abutalıbov Baş nazirin müavini olub

Aprelin 21-də prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni üzvlərini təyin edib. Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndinə əsasən verilən qərarla yeni tərkib belədir:

1.1. Azərbaycan Respublikası Baş nazirinin birinci müavini – Yaqub Abdulla oğlu Eyyubov;

1.2. Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Cavad oğlu Əhmədov;

1.3. Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Şamil oğlu Həsənov;

1.4. Azərbaycan Respublikası Baş nazirinin müavini – Hacıbala İbrahim oğlu Abutalıbov;

1.5. Azərbaycan Respublikasının daxili işlər naziri – Ramil İdris oğlu Usubov;

1.6. Azərbaycan Respublikasının energetika naziri – Pərviz Oqtay oğlu Şahbazov;

1.7. Azərbaycan Respublikasının ədliyyə naziri – Fikrət Fərrux oğlu Məmmədov;

1.8. Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri – Sahil Rafiq oğlu Babayev;

1.9. Azərbaycan Respublikasının fövqəladə hallar naziri – Kəmaləddin Fəttah oğlu Heydərov;

1.10. Azərbaycan Respublikasının xarici işlər naziri – Elmar Məhərrəm oğlu Məmmədyarov;

1.11. Azərbaycan Respublikasının iqtisadiyyat naziri – Şahin Abdulla oğlu Mustafayev;

1.12. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri – İnam İmdad oğlu Kərimov;

1.13. Azərbaycan Respublikasının maliyyə naziri – Samir Rauf oğlu Şərifov;

1.14. Azərbaycan Respublikasının müdafiə naziri – Zakir Əsgər oğlu Həsənov;

1.15. Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri – Ramin Namiq oğlu Quluzadə;

1.16. Azərbaycan Respublikasının vergilər naziri – Mikayıl Çingiz oğlu Cabbarov;

1.17. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri – Samir Rafiq oğlu Nuriyev;

1.18. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri – Rövşən Şükür oğlu Rzayev;

1.19. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi – Elçin İsağa oğlu Quliyev;

1.20. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi – Mədət Qəzənfər oğlu Quliyev;

1.21. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisi – Orxan Sedyar oğlu Sultanov.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Beləliklə, bu sərəncamla Baş nazirin müavini Abid Şərifov, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, kənd təsərrüfatı naziri Heydər Əsədov əvvəlki vəzifələrini itiriblər. Baş nazirin müavini Əli Həsənov da artıq Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri deyil. Bu posta deputat Rövşən Rzayev təyin olunub. Bundan başqa, Dövlət Satınalma və Arxitektura Komitəsinin sədri də dəyişdirilib. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov isə Baş nazirin müavini olub.

Ana səhifəXəbərlərNazirlər Kabinetinin yeni tərkibi təsdiqləndi