Nazirlər Kabinetinin qərarında yeni bir şey yoxdur

“2013-cü ilin dekabrından sonra donor kimilərin tanınmasını hökumət müəyyən etməliydi”

Source:


“2013-cü ilin dekabrından sonra donor kimilərin tanınmasını hökumət müəyyən etməliydi”

Azərbaycanda donor təşkilatlara tələblər sərtləşdirilib. “Turan İA”in bu barədə yaydığı məlumatda bildirilir ki, Nazirlər Kabineti “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” qərarında müvafiq dəyişiklik edib.

Qərarda qeyd olunub ki, beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, xarici hökumətlər və onların nümayəndəlikləri, xeyriyyəçilik, humanitar inkişaf və başqa ictimai yönümlü beynəlxalq təşkilatlar, maliyyə-kredit institutları, təhsil, elm, səhiyyə, incəsənət və idmanın inkişafı sahələrində fəaliyyət göstərən xarici ictimai təşkilatlar, o cümlədən fondlar, assosiasiyalar, federasiyalar və komitələr, həmçinin xarici hüquqi şəxslərin Azərbaycanda dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri Azərbaycan ərazisində qrant vermək hüququnu əldə etdikdən sonra donor qismində çıxış edə bilərlər.

Nazirlər Kabinetinin qərarını Meydan TV-yə şərh edən hüquqşünas Ələsgər Məmmədli bildirib ki, qərar “Qrant haqqında” qanuna edilmiş dəyişikliklə bağlıdır: “2013-cü ilin dekabrından sonra donor kimilərin tanınmasını Nazirlər Kabineti müəyyən etməliydi. NK-in qərarı da qanunauyğun şəkildə formalaşmış siyahı olduğundan yeni bir şey yoxdur”.

Ana səhifəXəbərlərNazirlər Kabinetinin qərarında yeni bir şey yoxdur