”Nazirlər Kabinetində ştatlar şişirdilib”

Nazim Bəydəmirli: ”Bunlar iqtisadiyyata maneçilik törədən qurumlardır”

Source:


Nazim Bəydəmirli: ”Bunlar iqtisadiyyata maneçilik törədən qurumlardır”

Baş nazir Artur Rasizadənin qərarı ilə köməkçilərinin sayını 7-dən 3-ə endirib.

Report.az yazır ki, A.Rasizadənin “Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturunun ştat cədvəli”ndə dəyişiklik edilməsi barədə qərarına əsasən, baş nazirin birinci müavininin köməkçilərinin sayı artırılaraq 2-yə

çatdırılıb

.

Ştat cədvəlinin “Baş nazirin birinci müavininin xidməti” bölməsinə isə dörd baş məsləhətçi ştatı əlavə edilib. Nazirlər Kabinetinin Hüquq şöbəsində də aparıcı məsləhətçi ştatı yaradılıb.

Dəyişikliyə əsasən, Normativ hüquqi aktların sistemləşdirilməsi və arxiv işi üzrə sektor şöbəsində böyük məsləhətçilərin sayı 1-dən 2-yə, məsləhətçilərin də sayı 1-dən 2-yə çatdırılıb.

İqtisadçı-alim Nazim Bəydəmirli isə hesab edir ki, Nazirlər Kabinetinin ştatlarının şişirdildiyi açıq görünür.

O xatırladıb ki, hələ bir neçə il əvvəl Nazirlər Kabinetinin strukturunun tamamilə dəyişdirilməsinin vacibliyini bildirib:

“Gürcüstanı misal gətirək, Nazirlər Kabineti maksimum 20 nəfərdən ibarətdir, baş nazirin iki müavini var”.

İqtisadçı vurğulayıb ki, baş nazirin altı müavininə ehtiyacı yoxdur:

“İndi isə köməkçilər ixtisar olunur. Bundan görünür ki, ştatlar şiişirdilib. Nazirlər Kabinetinin strukturuna baxdıqda, 40-dan yuxarı qurumun bura daxil olduğu məlum olur. Əslində, bunların əksəriyyəti bir-birinin fəaliyyətini təkrarlayan və iqtisadiyyata maneçilik edən qurumlardır”.

N.Bəydəmirlinin fikrincə, baş nazirin altı müavin postu ləğv olunmalı, iki nəfəri seçilib ictimai əsaslarla çalışmalıdır.

“Yəni sənaye naziri, vergilər, yaxud iqtisadiyyat naziri bir-birini əvəz edə-edə hər il baş nazirin müavini ola bilərlər”.

Bundan başqa iqtisadçı deyir ki, kabinetin əksər şöbələri də ləğv edilməli idi.

“Təəssüf ki, prezidentin kabinetin strukturu ilə bağlı verdiyi sərəncama uyğun olaraq adlarına bir söz əlavə olunaraq, yaxud dəyişdirilərək strukturlar saxlanıldı. O baxımdan kabinet kökündən islahat edilməlidir. Prezident Administrasiyası dünyada olduğu kimi dəftərxana funksiyasını yerinə yetirməlidir. Azərbaycanda isə Nazirlər Kabinetinin strukturu böyük olsa da, səlahiyyətləri olmadığı halda Prezident Administrasiyası ilə paralel qurumlar əsasında fəaliyyət göstərir”.

Ana səhifəXəbərlər”Nazirlər Kabinetində ştatlar şişirdilib”