Bakalavriat səviyyəsi üzrə ixtisasların sayı 9-a çatıb
Nazirlər Kabineti “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) təsnifatı”na dəyişiklik edib.
Dəyişiklik Təhsil Nazirliyi və Dövlət Sərhəd Xidmətinin təklifi əsasında qəbul edilib.
Beləliklə bakalavriat səviyyəsi üzrə yeni sərhəd təhlükəsizliyi və idarəetmə ixtisası yaradılıb.
Bununla da “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) təsnifatı”nda bakalavriat səviyyəsi üzrə ixtisasların sayı 9-a çatıb.