Nazirlər Kabineti tələbə qəbulu qaydalarını təsdiq edib

Abituriyentlər eyni tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak edə biləcək

Source:
Nazirlər Kabineti, foto: sosial şəbəkə
Nazirlər Kabineti, foto: sosial şəbəkə
Nazirlər Kabineti, foto: sosial şəbəkə
Nazirlər Kabineti, foto: sosial şəbəkə


Abituriyentlər eyni tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak edə biləcək

Nazirlər Kabineti natamam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə, ali təhsil pilləsinin bakalavr, magistratura və rezidentura səviyyələrinə tələbə qəbulu qaydalarını təsdiq edib.

Dövlət İmtahan Mərkəzindən (DİM) APA-ya bildirilib ki, qərar onların təklifi əsasında verilib.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul qaydalarında edilən dəyişikliyə əsasən, abituriyentlərə seçdikləri ixtisas qrupu üzrə eyni tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak etməyə icazə verilir.

Bundan başqa, cari tədris ilində bakalavriat səviyyəsinə qəbul imtahanının iki dəfə keçirilməsi nəzərdə tutulur. Bu ilin və əvvəlki illərin məzunları hər iki imtahanda iştirak edə bilərlər. Abituriyentlər müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özləri müəyyən edəcəklər.

DİM-dən o da bildirilib ki, qəbul qaydalarında ciddi dəyişiklik edilməyib. Təsdiq olunan qəbul qaydaları tqdk.gov.az saytında yerləşdiriləcək və “Abituriyent” jurnalının müvafiq buraxılışlarında çap ediləcək.

Ana səhifəXəbərlərNazirlər Kabineti tələbə qəbulu qaydalarını təsdiq edib