Sənədə əsasən, Abşeron rayonunun torpaqları sayəsində şəhərin ərazisi qismən genişləndirilir
Nazirlər Kabineti aprelin 3-də Sumqayıt şəhərinin 2030-cu ilə qədərki dövrdə inkişafına dair Baş planını təsdiq
edib
.
Baş planının
layihəsi
ni 2013-cü ildə “Azərdövlətlayihə” institutu Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlayıb. Sənədə əsasən, Abşeron rayonunun torpaqları sayəsində şəhərin ərazisi qismən genişləndirilir.
Yeni şəhərsalma sənədində 1-2 mərtəbəli köhnə binalardan ibarət yaşayış məntəqələrinin sökülməsi və onların yerində yüksəkmərtəbəli binaların tikilməsi nəzərdə tutulur. Şəhərin sənaye zonası da genişləndirilib.
Sumqayıt Azərbaycanın ikinci böyük sənaye şəhəri və əhalinin sayına görə üçüncü böyük şəhəridir.
Baş plana əsasən, Sumqayıtın ərazisi 9,4 min (2011)-dən 13,3 min hektara qədər genişlənir. Eyni zamanda, 2030-cu ilə qədər 5 700 hektar yaşayış və ictimai binaların altında olacaq. (
Turan İA
)