Nazirlər Kabineti qida təhlükəsizliyi ilə bağlı yeni qaydalar tətbiq edib

Natiq Cəfərli: “Bu, nəzarət mexanizmlərinin biznesə gətirdiyi əlavə xərclərdir”

Source:
Nazirlər Kabineti, foto: sosial şəbəkə
Nazirlər Kabineti, foto: sosial şəbəkə


Natiq Cəfərli: “Bu, nəzarət mexanizmlərinin biznesə gətirdiyi əlavə xərclərdir”


Nazirlər Kabineti “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”nı təsdiq edib.

Qaydalara əsasən qida təhlükəsizliyi qeydiyyatına alınmamış təsərrüfat subyektlərinin fəaliyyəti qadağandır.

Bildirlib ki, qida təhlükəsizliyi qeydiyyatı Agentlikdə qeydiyyata alınmış subyektlər, onların təsərrüfat fəaliyyətinə cəlb olunmuş obyektlər, qida məhsullarının və ya xidmətlərin adı və növü də daxil olmaqla, qida zəncirinin bütün mərhələlərini əhatə edir. Qida zənciri qida məhsullarının “tarladan–süfrəyədək” prinsipi əsasında ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), satışı, ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinin məcmusudur.

Subyektlər qeydiyyat üçün Agentliyə və ya Agentliyin “ASAN xidmət” mərkəzlərində və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində fəaliyyət göstərən nümayəndəsinə ərizə ilə müraciət edirlər. 7 iş günü müddətində obyektin qiymətləndirilməsi və götürülmüş yeyinti məhsulu nümunəsinin analizi başa çatdırılmalıdır. Məsul şəxs obyektin istehsal şəraitinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə, habelə gigiyenik, baytarlıq və fitosanitar tələblərə uyğunluğunu qiymətləndirir. Qiymətləndirmənin nəticələri əsasında akt tərtib edilir və yeyinti məhsulundan nümunə götürülür.

Eyni zamanda, obyektdə istehsal olunan yeyinti məhsulundan götürülmüş nümunələrin Agentliyin tabeliyində olan və akkreditasiyadan keçmiş digər laboratoriyada analizi aparılır. Məhsulun analizi subyektin vəsaiti hesabına həyata keçirlir. Analizin nəticələri barədə laboratoriya tərəfindən bir iş günü müddətində Agentliyə sınaq protokolu (yazılı rəy) təqdim edilir.

Bu Qaydalarda nəzərdə tutulmuş əsaslardan başqa hər hansı digər əsasa görə subyektin qeydiyyata alınmasından imtinaya yol verilmir.

Qaydaların sahibkarlığın fəaliyyətinə müsbət və mənfi təsiri haqda Meydan TV-nin sorğusunu cavablayan iqtisadçı Natiq Cəfərli hesab edir ki, hər bir yeni agentlik sahibkarlar üzərində əlavə nəzarət və yük mexanizmdən başqa bir şey deyil.

İqtisadçı xatırladıb ki, sivil dünyanın keçdiyi yola nzərə saldıqda, bu məsələlərin həllində dövlət orqanlarının iştirakı tamam başqa səviyyədə olur.

Ana səhifəXəbərlərNazirlər Kabineti qida təhlükəsizliyi ilə bağlı yeni qaydalar tətbiq edib