Nazirlər Kabineti: İyulun 17-də ictimai nəqliyyat işləyəcək
İyulun 17-də ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılmayacaq.
Səbəb kimi 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerlərinin dəyişdirilməsi göstərilib.
Bu barədə Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik
edilib
.
Bildirilib ki, Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında həftəsonları, o cümlədən 2021-ci il 17 iyul tarixində ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması müəyyən edilib: "Məlum olduğu kimi, Nazirlər Kabinetinin 2021-ci il 1 iyul tarixli 194 nömrəli Qərarı ilə iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib və 18-21 iyul tarixləri qeyri-iş günü olaraq müəyyən edilib. Bu baxımdan, 17 iyul tarixinin iş günü olduğunu nəzərə alaraq, Nazirlər Kabineti həmin tarixdə ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin bərpa olunması barədə qərar qəbul edib".
Digər dəyişikliyə əsasən, 18 iyul saat 00:00-dan 22 iyul saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.
Azərbaycanda koronavirus pandemiyasi ilə bağlı həftə sonları ictimai nəqliyyat işləmir.
Ötən ilin martından ölkədə karantin rejimidir və bu rejim 2021-ci il avqustun 1-dək qüvvədədir.
COVID-19 2019-cu ilin sonlarında Çində yaranıb və dünyaya yayılmağa başlayıb.
2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib.
Dünyada sürətlə yayılan bu virusdan indiyədək 4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.
Azərbaycanda indiyə qədər 337 min 456 nəfər yeni koronavirus infeksiyasına yoluxub: "Onlardan 330 min 873 nəfər sağalıb, 4 988 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 1595 nəfərdir".
Ən son açıqlanan statistikaya görə, Azərbaycanda koronavirus (COVID-19) əleyhinə 4 159 298 nəfər vaksin olun