Yeni tərkib formalaşdırılana qədər əvvəlki tərkib fəaliyyət göstərəcək
Dövlət başçısı İlham Əliyev andiçmə mərasimindən sonra ilk sərəncamını imzalayıb.
Konstitusiyanın 116-cı maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin istefa verməsini nəzərə alan ölkə başçısı yeni tərkib formalaşdırılanadək səlahiyyətlərin icra edilməsini Nazirlər Kabinetinin əvvəlki tərkibinə
həvalə
edib.
Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. İlham Əliyev 86,3 faiz səslə yenidən Azərbaycan Respublikasının prezidenti seçilib. Onun budəfəki səlahiyyət müddəti 7 ildir.
ATƏT, ATƏT PA və AŞPA-dan olan beynəlxalq müşahidəçilər növbədənkənar prezident seçkilərini mənfi qiymətləndiriblər.