Nazirlər Kabineti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni strukturunun təsdiq edilməsi ilə bağlı təkliflərini nəzərə alaraq qərar qəbul edib.
AzərTAC məlumat verir ki, qərara əsasən, AMEA-nın Elmi İnnovasiyalar Mərkəzi, “Selen” Elmi İstehsalat Birliyi, Reagentlərin İşlənməsi və Xalq Təsərrüfatı üzrə İstehsalat Təcrübəli Xüsusi Konstruktor Texnoloji Bürosu və Mineral Xammalın Kompleks Emalı üzrə Təcrübə İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Bürosu ləğv edilib.