Nazirin test sistemi haqda fikirlərinə ikili münasibət

Firudin Cəlilov Mikayıl Cabbarovu dəstəklədi, Vurğun Əyyub isə
”Test sisteminin ləğvi haqqında düşünməkdənsə, orta təhsil öz funksiyasını gərəyincə yerinə yetirməlidir”-deyə etiraz etdi

Source:
Firudin Cəlilov və Mikayıl Cabbarov
Firudin Cəlilov və Mikayıl Cabbarov
Firudin Cəlilov və Mikayıl Cabbarov
Firudin Cəlilov və Mikayıl Cabbarov


Firudin Cəlilov Mikayıl Cabbarovu dəstəklədi, Vurğun Əyyub isə



”Test sisteminin ləğvi haqqında düşünməkdənsə, orta təhsil öz funksiyasını gərəyincə yerinə yetirməlidir”- deyə etiraz etdi

Təhsil naziri Mikayıl Cabbarovun ANS kanalının “Hesabat” proqramına müsahibəsində test sisteminin 3 il sonra ləğv oluna biləcəyi barədəki fikirləri sosial şəbəkələrdə və mətbuatda rezonans doğurub.

Təəccüblüdür ki, keçmiş təhsil naziri Firidun Cəlilov da nazir Cabbarova dəstək verib.

O, modern.az-a bildirib ki, 1992-ci ildə test sistemi tətbiq edilərkən bir neçə ildən sonra onun ləğvi nəzərdə tutulmuşdu: “Test sistemini biz tətbiq edəndə nəzərdə tutmuşduq ki, bir neçə ildən sonra, yəni işlər qaydasına düşəndən sonra test ləğv olunmalıdır, ümumiyyətlə, imtahan ləğv olunmalıdır”.

İrəliyə getməyin vacib olduğunu deyən keçmiş nazir indiki şəraitdə test sisteminin ləğvi ilə rüşvətlə oxuyanların sayının artacağını vurğulayıb.

“Təbii ki, pulla övladlarını oxutmaq istəyənlər olacaq. Amma irəli getmək lazımdır”.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçmiş sədri Vurğun Əyyub Meydan TV-nin bu barədə suallarını cavablandırarkən bildirib ki, nə Cabbarovun, nə də Cəlilovun tələbə qəbulu barədə qərar vermək səlahiyyəti yoxdur:

“Onların fikirləri yalnız mülahizə ola bilər. Firudin Cəlilov Azərbaycan təhsilində alim və nazir olaraq xeyli işlər görüb. Amma onun nəyə əsaslanaraq həmin açıqlamanı səsləndirməsi mənə bəlli deyil. Sual yaranır; 1992-ci ildə test sistemi tətbiq olunanda, bir neçə il sonra ləğv olunması barədə harda fikirlər gedib, yaxud müzakirə olunub? Sadəcə, 1992-ci ildə test sistemi tətbiq olunanda vaxtımız az idi və ona görə imtahan bir mərhələli şəkildə keçirildi. Düşünürdük ki, gələcəkdə imtahanlar iki mərhələli olsun. Birinci mərhələdə abituriyentlərin orta məktəbdə oxuduğu bütün fənlər üzrə imtahan keçirək və bununla ali məktəbə sənəd verib-verməmək imkanını yoxlayaq. Bu mərhələdən keçənlər bəlli fənlərdən də imtahan verməliydilər. Sonrakı illərdə bu təklifi səsləndirsək də, hakimiyyət reaksiya vermədi. Sistemin təkmilləşdirilməsi istiqamətində müəyyən müsbət addımlar atıldı, ancaq imtahanın birmərhələli keçirilməsi və müsabiqəyə buraxılış bal həddinin 280-dən 200-ə endirilməsi mənfi hal kimi qaldı”.

Vurğun Əyyub
Vurğun Əyyub

Vurğun Əyyub nazir Cabbarovun indiki sistemlə abituriyentlərin biliyinin yoxlanmasının mümkünsüzlüyü barədə fikirlərini haqlı saydı: “Yanlış cəhət odur ki, tələbə qəbulunda bütün meyarlar üzrə bütün bacarıqları yoxlamaq mümkün deyil, çünki bunu özündə ehtiva edən ideal sistem yoxdur. Hazırda Azərbaycan mühitində bundan yaxşı sistem də yoxdur. Abituriyentləri yoxlamaq üçün orta məktəb var, orda yazı və nitq vərdişləri formalaşdırılmalı və yoxlanılmalıdır. Amma Azərbaycanda orta təhsil iflic vəziyyətindədir. Test sisteminin ləğvi haqqında düşünməkdənsə, orta təhsil öz funksiyasını gərəyincə yerinə yetirməlidir”.

Ana səhifəXəbərlərNazirin test sistemi haqda fikirlərinə ikili münasibət