Nazirin Eldəniz Quliyevə qarşı iddiasına oktyabrın 15-də baxılacaq

Azərbaycan Ziyalılar Birliyinin sədrinə qarşı CM-nin 147.1 (təhqir) və 148-ci (böhtan) maddələri ilə cinayət işi açılıb

Source:


Azərbaycan Ziyalılar Birliyinin sədrinə qarşı CM-nin 147.1 (təhqir) və 148-ci (böhtan) maddələri ilə cinayət işi açılıb

Daxili işlər naziri Ramil Usubovun Ziyalılar Birliyinin sədri, kinorejissor Eldəniz Quliyevlə bağlı xüsusi ittiham qaydasında şikayətinə oktyabrın 15-də baxılacaq.  Məlumatı apa-ya Nəsimi Rayon Məhkəməsindən məlumat veriblər.

Eldəniz Quliyev bir müddət əvvəl mətbuatda və sosial şəbəkələrdə daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb. Lakin müraciətdə Azərbaycan polisi ilə bağlı sərt ifadələr yer alıb. Bundan sonra R.Usubov Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə Eldəniz Quliyevin 147.1 (təhqir) və 148-ci (böhtan) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə Ramil Usubov tərəfindən verilən xüsusi ittiham qaydasında şikayəti icraata qəbul edilib.

Həmin iş üzrə keçirilən prosesdə isə linqvistik ekspertizanın keçirilməsi barədə qərar qəbul edilib. Buna görə proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Ana səhifəXəbərlərNazirin Eldəniz Quliyevə qarşı iddiasına oktyabrın 15-də baxılacaq