Nazirin atası: Azərbaycanca danışan o qədər əclaf var ki!

 

''O, mənimlə Azərbaycan dilində danışır''

“Ataların bir sözü var. “Hər gözəlin bir eybi olar”. Əsas odur ki, Elmar vətənpərvər insandır. Bəzi adamlar belə insanları qaralamaqla məşğuldur. Olmaz belə! Azərbaycanca təmiz danışa bilən o qədər əclaflar var ki!”

Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun atası akademik Məhərrəm Məmmədyarov deyib.

Oktyabrın 29-da İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin 7-ci üçtərəfli görüşü keçirilib. Görüşdə çıxış edən Elmar Məmmədyarovun Azərbaycan dilində rabitəsiz ifadələr işlətməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Atası nazirin tənqidlərə tuş gəlməsini doğru hesab etmir.

Modern.az”-a açıqlama verən Məhərrəm Məmmədyarov deyib ki, Elmar Məmmədyarov rus dilində təhsil alsa da, Azərbaycan dilində danışa bilir:

“Elmar Sovet dövründə rus dilində təhsil alıb. Daha sonra digər xarici dilləri də öyrənib. Cavanlarımız nə qədər çox dil bilərsə, bu, millətin ucalığıdır. Elə danışırsız ki, guya, Elmar heç öz ana dilini bilmir. Əlbəttə bilir. O, mənimlə Azərbaycan dilində danışır. Düzdür, Azərbaycan dilini bədii ifadələrlə zənginləşdirib danışmır. Amma istənilən mövzuda öz dilimizdə danışır. Sadəcə, filoloqlar kimi səlis danışmır. Elmar filoloq deyil, xarici işlər naziridir. Onun haqqında yanlış fikir söyləyənlər vətənpərvər insanlar deyil. Öncə Azərbaycanın xarici siyasətinə baxın. Orada səhv varsa, onu düzəltsin”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/yzq8h8

Ən çox baxılan