Nazirə mədhiyyə yazan şair işdən çıxdı

“Yaradıcılıq işlərimin vacibliyi və sıxlığı səbəbindən Nazirliyin rəhbərliyinə tutduğum vəzifədən azad olunmağım üçün yazılı ərizə vermişəm”

Source:


“Yaradıcılıq işlərimin vacibliyi və sıxlığı səbəbindən Nazirliyin rəhbərliyinə tutduğum vəzifədən azad olunmağım üçün yazılı ərizə vermişəm”

Kulisin xəbərinə görə, o, bu barədə özünün facebook səhifəsində yazıb:

“Hörmətli jurnalistlər, əziz həmkarlar!

Mədəniyyət və Turizm Nazirliyindəki işimlə bağlı göstərdiyiniz hədsiz marağı nəzərə alıb bildirirəm ki, həqiqətən də mən yaradıcılıq işlərimin vacibliyi və sıxlığı səbəbindən Nazirliyin rəhbərliyinə tutduğum vəzifədən azad olunmağım üçün yazılı ərizə vermişəm. Eyni zamanda şifahi olaraq xahiş etmişəm ki, müraciətimə mənim istəyimə uyğun yanaşılsın. Yəqin ki, tezliklə məsələ həllini tapar.

Adi və gündəlik həyat hadisəsini müzakirə mövzusuna çevirməyəcəyinizə görə sizə bəri başdan təşəkkürlərimi bildirirəm.

Hörmətlə, Vaqif Bəhmənli”.

V.Bəhmənli nazir Əbülfəs Qarayevə “Hamıya yaxşılıq” adlı şeir həsr edib. Nazir isə ona yazılan şeiri bəyənməyib və bu şeiri dərc etdirməməsi ilə bağlı xəbərdarlıq edib. Lakin xəbərdarlığa baxmayaraq şeir “525-ci qəzet”də tirajlanıb. Bundan sonra mədəniyyət və turizm nazirinin əmri ilə V.Bəhmənliyə töhmət verilib. Bu hadisə isə cəmiyyətdə böyük rezonans doğurub.

Ana səhifəXəbərlərNazirə mədhiyyə yazan şair işdən çıxdı