Cavid Qurbanov Azərbaycan Voleybol Federasiyasının prezidentin seçilib
Oktyabrın 12-də Milli Olimpiya Komitəsində Azərbaycan Voleybol Federasiyasına yeni prezidentin seçilməsi ilə bağlı iclas keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın “Report”a verdiyi məlumata görə, toplantıda “Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti”nin sədri Cavid Qurbanov federasiya rəhbəri seçilib.
İclasda gənclər və idman naziri Azad Rəhimov və digər rəsmilər iştirak edib.
Federasiyanın bundan əvvəlki prezidenti nəqliyyat naziri Ziya Məmmədov idi.