Nazir xaricdə təhsillə bağlı brifinq keçirdi: “Bu dəfə yaş həddi 40-dır”

Emin Əmrullayev, Foto: Azərtac

“Bəzi ixtisaslarda yaş həddinin aşağı olması vacibdir”

Təhsil naziri Emin Əmrullayev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” ilə bağlı brifinq keçirib.

O bildirib ki, xaricdə təhsillə bağlı ilkin siyahılar martın sonuna qədər açıqlanacaq.

Nazirin sözlərinə görə, xaricdə təhsi alanların ölkədə işlə təmin olunması ilə bağlı proqram hazırlanacaq.

2007-2015-ci illər Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramında yaş həddinin 35 olduğunu vurğulayan nazir bu dəfə rəqəmin 40 olduğunu bildirib.

Həmçinin ixtisas seçimi zamanı yaş həddinə baxılacağını da vurğulayıb.

Onun sözlərinə görə, bəzi ixtisaslarda yaş həddinin aşağı olması vacibdir.

Fevralın 28-də Prezident İlham Əliyev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” təsdiq edilib.

Proqrama əsasən, hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsili nəzərdə tutulub.

Ana səhifəSosialNazir xaricdə təhsillə bağlı brifinq keçirdi: “Bu dəfə yaş həddi 40-dır”