Nazir xalq yazıçısının evinə gedib

Əbülfəz Qarayev bildirib ki, Maqsud İbrahmbəyov Azərbaycan teatr və kino sənətinin inkişafına böyük töhvələr verib

Source:


Əbülfəz Qarayev bildirib ki, Maqsud İbrahmbəyov Azərbaycan teatr və kino sənətinin inkişafına böyük töhvələr verib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təltif edilən xalq yazıçısı, kinodramaturq, rejissor Maqsud İbrahimbəyova “Şərəf” ordenini təqdim edib.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, nazir Ə.Qarayev yanvarın 22-də Maqsud İbrahimbəyovun yaşadığı evə gedib və xalq yazıçısının mənzilində təqdimetmə mərasimi keçirilib.

Nazir qeyd edib ki, Azərbaycan teatr və kino sənətinin inkişafında böyük xidmətlərinə görə 2015-ci ilin mayın 7-də M.İbrahimbəyov “Şərəf” ordeni ilə təltif edilib.

Ə.Qarayev bildirib ki, M.İbrahmbəyov Azərbaycan teatr və kino sənətinin inkişafına böyük töhvələr verib. O, M.İbrahimbəyovun əsərləri əsasında çoxsaylı tamaşaların səhnəyə qoyulduğunu bildirib. Həmçinin, yazıçının əsərlərinin xarici dillərə tərcümə olunduğu diqqətə çatdırılıb.

M.İbrahimbəyov yaradıcılığına verilən yüksək qiymətə və diqqətə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Xalq yazıçısı Maqsud İbrahimbəyov 1935 – ci il may ayının 11- də Bakıda anadan olub. O, 1976-cı ildə Azərbaycan Dövlət Mükafatı laueatı, 1979-cu ildə Azərbaycan SSR Əməkdar İncəsənət xadimi, 1988-ci ildə Azərbaycan xalq yazıçısı, 1995-ci ildə “Şöhrət” və 2005-ci ildə “İstiqlal” ordenləri ilə təltif olunub.

Ana səhifəXəbərlərNazir xalq yazıçısının evinə gedib