Nazir: Şri-Lanka partlayışları Yeni Zelandiya məscidindəki qətllər üçün intiqamdır

İŞİD məsuliyyəti öz üzərinə götürdüyünü bəyan edib

Source: Meydan TV


İŞİD məsuliyyəti öz üzərinə götürdüyünü bəyan edib

“Şri-Lankada baş vermiş Pasxa partlayışları Yeni Zelandiyadakı məscidlərə qarşı hücumlar müqabilində intiqam idi,”- Şri-Lankanın rəsmisi özünü İslam Dövləti (İŞİD) adlandıran təşkilatın 321 nəfərin həyatını itirdiyi partlayışlar üçün məsuliyyəti üzərinə götürdükdən sonra deyib.

Məlumatı “Reuters” yayıb.

Şri-Lanka dövləti yerli iki xarici islamçı qrupu xarici militanlarla əlaqəli olaraq hadisədə şübhəli bildikdən bir qədər sonra AMAQ agentliyi İŞİD-in açıqlamasını yayıb.

Şri-Lankada Paska ayinləri zamanı baş vermiş silsilə partlayışlarda təxminən 500 nəfərin yaralanıb. Hadisə zamanı üç kilsə və dörd mehmanxana hədəfə alınıb.

“İslam Dövləti” iddia üçün heç bir dəlil verməyib. Hökumət bildirib ki, ən azı yeddi şəxs bomba partladıcısı olaraq hadisəyə cəlb olunub.

"İlkin istintaq bu partlayışların Yeni Zelandiyadakı məscid hücumlarına qarşı intiqam almaq məqsədiylə həyata keçirildiyini ortaya çıxarıb", – müdafiə naziri Ruvan Wijewardene parlamentə bildirib.

O, səlahiyyətli orqanların Şri-Lanka partlayışlarıyla 15 mart günü cümə namazı zamanı Yeni Zelandiyanın iki məscidinə edilən silahlı hücum arasında əlaqənin olmasına inanmalarının səbəbləri haqda heç bir bilgi paylaşmayıb.

Yeni Zelandiyadakı hücum 50 nəfərin öldürülməsinə səbəb olmuşdu.

Wijewardene həmçinin qeyd edib ki, partlayışlarda iki yerli Şri-Lanka islamçı qrupu – Milli Thawheed Jama'ut və Jammiyathul Millathu Ibrahim – bazar günü baş vermiş partlayışlarda məsuliyyət daşıyır.

ABŞ kəşfiyyat qaynaqları İŞİD məsuliyyəti öz üzərinə götürməzdən əvvəl partlayışlarda bu qurumun əli olduğunu demişdi.

Baş nazir Ranil Wickremesinghe parlamentdə müstəntiqlərin xarici əlaqələrin hadisələrə qarışıb-qarışmadığını araşdırdığını söyləmişdi.

Şri-Lanka hökuməti və hərbi qaynaqlar çərşənbə axşamı saxlanılan 40 nəfərin arasında bir suriyalı olduğunu bildirmişdi.

"Yerli şübhəlilərin sorğusundan sonra o da həbs olunub,”-mənbə bildirib. Suriyalı şübhəlinin şəxsiyyəti açıqlanmayıb.

Ana səhifəDünyaNazir: Şri-Lanka partlayışları Yeni Zelandiya məscidindəki qətllər üçün intiqamdır