Nazir qardaşının pulunu mənimsəməkdə təqsirləndirilən şəxsin məhkəməsi başladı

Samir Nəbiyev özünü təqsirli bilmir

Source:
İş adamı Əlikram Camalov
İş adamı Əlikram Camalov

Müdafiə Sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova qarşı dələduzluq etməkdə təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə başlayıb.

Meydan TV-nin məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Əlikram Camalov iştirak etməyib. Onu nümayəndəsi İmaməli Əsgərov təmsil edir.

Samir Nəbiyevin vəkili Ceyhun Yusifov isə Ə.Camalovun özünün prosesdə iştirak etməsinin təmin edilməsi barədə vəsatət verib. Məhkəmə vəsatəti təmin edib və hakim bildirib ki, növbəti iclasda Ə.Camalovun məhkəmədə iştirakı təmin ediləcək.

Daha sonra iclasda məhkəmə istintaqı başlayıb. Prokuror ittiham aktını nəticəvi elan edib. S.Nəbiyev özünü təqsirli bilmədiyini bildirib.


Proses iyunun 23-ə təyin edilib.

İttihama görə, S.Nəbiyev müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova birgə biznes qurmaq təklifi edib. O, Ə.Camalovdan icarəyə götürüb işlətdiyi Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasına yatırım etməyi istəyib. Əvəzində isə qazancın yarısını nazir qardaşına verəcəyini vəd edib.

Ə.Camalov onunla razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat pul verib.

S.Nəbiyev isə vəsaiti mənimsəyərək Camalova pulu qaytarmayıb.

S.Nəbiyevə Cinayət Məcəlləsin 178.3.2(dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham verilib

Ana səhifəXəbərlərNazir qardaşının pulunu mənimsəməkdə təqsirləndirilən şəxsin məhkəməsi başladı