Nazir qardaşını aldatmaqda günahlandırılan şəxsə hökm oxundu

Samir Nəbiyev şərti cəza aldı

Source:


Samir Nəbiyev şərti cəza aldı

Sentyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə sənayesi naziri Yavər Camalovun biznesmen qardaşı Əlikram Camalova qarşı dələduzluqda təqsirləndirilən Samir Nəbiyevə hökm olunub.

Meydan TV-nin məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrlik etdiyi iclasda S.Nəbiyev 2 il müddətinə şərti cəzaya məhkum edilib.

Ötən iclasda prokuror çıxış edib. O, S.Nəbiyevin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, 2015-ci ildə S.Nəbiyev Əlikram Camalova birgə biznes qurmaq təklif edərək, ondan icarəyə götürüb işlətdiyi Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasına investisiya qoymasını istəyib. Əvəzində isə qazancın yarısını Ə. Camalova verəcəyini vəd edib. Ə. Camalov razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat pul verib. S Nəbiyev isə vəsaiti mənimsəyərək Ə. Camalova pulu qaytarmayıb. Bundan sonra Ə. Camalov polisə müraciət edib. Təqsirləndirilən S.Nəbiyevə Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi açılıb və onun barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Zərərçəkmiş Əlikram Camalov kəndli fermer təsərrüfatının təsisçisi və müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır.

Ana səhifəXəbərlərNazir qardaşını aldatmaqda günahlandırılan şəxsə hökm oxundu