Nazir polis rəislərini rotasiya qaydasında dəyişdi

Ucar polis idarəsinin rəisi Zaqatalaya, Zaqatala polis idarəsinin rəisi Yardımlıya, Yardımlı rayon polis rəisi Qəbələyə, Qəbələnin polis rəisi Ucar polis idarəsinə təyinat alıblar

Source:


Ucar polis idarəsinin rəisi Zaqatalaya, Zaqatala polis idarəsinin rəisi Yardımlıya, Yardımlı rayon polis rəisi Qəbələyə, Qəbələnin polis rəisi Ucar polis idarəsinə təyinat alıblar

Azərbaycan daxili işlər orqanlarında yeni təyinatlar olub.

APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Nazirin imzaladığı əmrlə Ucar Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Adil Ələkbərov tutduğu vəzifədən azad edilərək Zaqatala RPŞ-nin rəisi, Zaqatala RPŞ-nin rəisi Arif Babayev tutduğu vəzifədən azad edilərək Yardımlı RPŞ-nin rəisi, Yardımlı RPŞ-nin rəisi Nadir Məmmədov tutduğu vəzifədən azad edilərək Qəbələ RPŞ-nin rəisi, Qəbələ RPŞ-nin rəisi Ehtibar Abduyev isə tutduğu vəzifədən azad edilərək Ucar RPŞ-nin rəisi vəzifəsinə təyinat alıb.

Ana səhifəXəbərlərNazir polis rəislərini rotasiya qaydasında dəyişdi