Nazir: ”Olimpiya stadionunda ad günləri də keçirilə bilər”

“Stend atıcılığında da oxşar təcrübəni tətbiq etmək olar”

Source:
Azad Rəhimov
Azad Rəhimov
Azad Rəhimov
Azad Rəhimov


“Stend atıcılığında da oxşar təcrübəni tətbiq etmək olar”

“Olimpiya stadionunda mərasimlərin təşkili ilə bağlı qərar stadionun öz aylıq xərclərini ödəməsi baxımından mühüm qərardır və stadion üçün pul qazanmağa bir imkandır”.

Bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib. O vurğulayıb ki, təkcə Olimpiya stadionunda deyil, məsələn,  Stend atıcılığında da oxşar təcrübəni tətbiq etmək olar:

“Dünya təcrübəsində də belə bir hal var. Olimpiya stadionunda təkcə toylar deyil, ad günləri və digər mərasimlər də keçirilə bilər. Düşünürəm ki, təkcə Olimpiya Stadionunda deyil, Stend atıcılığında da mərasimlərin təşkili üçün gözəl şərait yaradılıb. Şəxsən mən, İspaniyanın Madrid şəhərindəki stadionda olanda belə tədbirlərin keçirilməsinin şahidi olmuşam”.

Ana səhifəXəbərlərNazir: ”Olimpiya stadionunda ad günləri də keçirilə bilər”