Nazir oğlu şirkət prezidenti oldu

Tale Heydərovun şirkətinin nə ilə məşğul olduğu bilinmir

Source:


Tale Heydərovun şirkətinin nə ilə məşğul olduğu bilinmir

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov ilk dəfə rəsmən Azərbaycanda yaradılan kommersiya şirkətinin rəhbəri olub. Şirkətin ofisi Heydərovlara məxsus “Kempinski Badamdar Baku” hotelindədir.

KİV-də bu yaxınlarda gedən məlumata görə, fevralın 17-də “Sabah P&D International” MMC qeydiyyata alınıb. Şirkətin direktoru 29 yaşlı Tale Heydərovdur. Şirkətin nə ilə məşğul olduğu bilinmir.

Bu barədə məlumat yayan “Turan İA” bildirib ki, Tale Heydərov London Universitetinin Birbek kollecinin 24 yaşlı məzunu (2007-ci  il) Azərbaycan-Avropa Cəmiyyəti diaspor təşilatının (The European Azerbaijan Society) təsisçisi, “Qəbələ” futbol klubunun prezidenti idi. Xaricdə United Enterprises International (UEI) holdinq şirkətinin İH sədri idi.

Azərbaycan məmurlarının ailə üzvlərinin sahibkarlıq fəaliyyəti geniş yayılmış hadisədir. Prezident İlham Əliyevin qızları ərə getməzdən əvvəl varlı sayılırdı: onların bankları və böyük holdinq şirkətləri var. Nəqliyyat naziri Ziya Məmmədovun oğlu “Garant Holding”in (2013-cü ilə kimi “ZQAN Holding”) prezidentidir.

Ana səhifəXəbərlərNazir oğlu şirkət prezidenti oldu