Nazir müavini: “”Bilirik ki, silah var, həmin silahları dövlətə təhvil verin”

Vilayət Eyvazov qəsəbədə keçirilən xüsusi əməliyyatın nəticələri ilə maraqlanıb

Source:


Vilayət Eyvazov qəsəbədə keçirilən xüsusi əməliyyatın nəticələri ilə maraqlanıb

Daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov Nardaranda qəsəbə əhalisi arasında silah olduğu ehtimal edilən şəxslərə müraciət edib. “Report”un əməkdaşı xəbər verir ki, V.Eyvazov konkret siyahı əsasında bir qrup şəxsdən silahları dövlətə qaytarmağı tələb edib: “Bilirik ki, silah var. Həmin silahları dövlətə təhvil verin”.

Nazir müavini qəsəbədə keçirilən xüsusi əməliyyatın nəticələri ilə maraqlanıb.

Bu gün saat 08.00-da qəsəbədə xüsusi əməliyyat keçirilməsinə başlanılıb. Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.

Ana səhifəXəbərlərNazir müavini: “”Bilirik ki, silah var, həmin silahları dövlətə təhvil verin”