Nazir müavini: Ana və uşaq ölümü azalıb

Dünya Bankının məlumatına görə, 2014-cü ildə Azərbaycanda ana ölümü əmsalı 26, 2015-ci ildə 25 olub

Source:
Elsəvər Ağayev, foto: courtesy
Elsəvər Ağayev, foto: courtesy


Dünya Bankının məlumatına görə, 2014-cü ildə Azərbaycanda ana ölümü əmsalı 26, 2015-ci ildə 25 olub

“Azərbaycanda son illər ana və uşaq ölümlərinin sayı azalıb”. Səhiyyə nazirinin müavini Elsevər Ağayev sentyabrın 8-də Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının fəaliyyətinə həsr olunmuş mətbuat konfransında belə deyib.

O, bildirib ki, bu məsələ Səhiyyə Nazirliyinin diqqət mərkəzindədir:

“Ana, uşaq ölümü, orta yaş ömrü ölkənin önəmli göstəricilərindən biridir. Ona görə də bu məsələ Səhiyyə Nazirliyinin də diqqət mərkəzindədir. Belə halların olmasını istəmirik. Bunun aradan götürülməsi üçün önəmli məsələlərdən biri maddi-texniki bazanın yaxşılaşdırılması, tibb müəssisələrinin müasirləşdirilməsi, kadr hazırlığından ibarətdir. Bu istiqamətdə də daima işlər görülür”.

Dünya Bankının məlumatına görə, 2014-cü ildə Azərbaycanda ana ölümü əmsalı 26 (100 000 doğuş halına), 2015-ci ildə 25

olub.

Yaşı 5-dən aşağı olan uşaqların ölüm əmsalı 2014-cü ildə 32.9 (1000 doğuş halı), 2015-ci ildə 31.7

olub

.

Ana səhifəXəbərlərNazir müavini: Ana və uşaq ölümü azalıb