Nazir: Məktəblərdə valideynlərdən COVİD pasportu tələb olunmayacaq

“Məktəb binasına daxil olan valideyn vətəndaş məsuliyyətini dərk etsə, yaxşı olar”

Source: Specify Source


“16-18 yaşlı uşaqlara vaksin hələ ki məcburi deyil”

“Ali, orta ixtisas, peşə təhsil müəssisələrində COVİD paspotu məcburidir”.

Bunu təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, məktəblərdə 16-18 yaşlı uşaqlara vaksin hələ ki məcburi deyil.

Nazir həmçinin bildirib ki, məktəblərdə valideynlərdən COVİD pasportu tələb olunmayacaq:

“Məktəb binasına daxil olan valideyn vətəndaş məsuliyyətini dərk etsə, yaxşı olar. Şənbə günü ictimai nəqliyyatın işləməməsi məsələsi ilə bağlı məktəblərə sorğu göndərib araşdırma aparmışıq. Bəzi hallarda şagirdlərin məktəbə gəlməsi valideynlərin minik vasitəsilə təmin olunur. Yaxud da şagirdlər məhz məktəbə yaxın ərazidə yaşayır. Bu, ciddi bir məsələ kimi görülmür. Bizdə altı günlük məktəblərin sayı da çox deyil. Yalnız Bakı, Sumqayıt, Abşeronda nəqliyyat məhdudlaşdırılıb”.

Ana səhifəSosialNazir: Məktəblərdə valideynlərdən COVİD pasportu tələb olunmayacaq